14 Fevral 2025, 19:45
Azərbaycan Hərbi Hava Qüvvələrinin yaranmasının 33-cü ildönümü münasibətilə tədbir keçirilib
Vətən Müharibəsi Qəhrəmanı şəhid Ramiz Qasımov adına 216 nömrəli tam orta məktəbdə tədbir keçirilib.
Azərbaycan Hərbi Hava Qüvvələrinin yaranmasının 33-cü ildönümü münasibətilə tədbir keçirilib şəkil
Azərbaycan Hərbi Hava Qüvvələrinin yaranmasının 33-cü ildönümü münasibətilə tədbir keçirilib

Fevralın 14-də Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) “N” hərbi hissəsinin yaranmasının 33-cü ildönümü münasibətilə Vətən Müharibəsi Qəhrəmanı şəhid Ramiz Qasımov adına 216 nömrəli tam orta məktəbdə tədbir keçirilib.

Operativ Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Tədbirdə hərbi hissənin bir qrup şəxsi heyəti, 216 nömrəli tam orta məktəbin müəllim və şagirdləri, Həzi Aslanov adına Ordu - İdeoloji və Mədəniyyət mərkəzinin kollektivi iştirak ediblər.

Əvvəlcə Ümummilli lider Heydər Əliyevin, Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Mərasimdə çıxış edənlər hərbi hissənin qazandığı nailiyyətləri iştirakçıların diqqətinə çatdırıblar. Qeyd olunub ki, bir çox uğurlu əməliyyatlarda iştirak edən hərbi hissə hər zaman qarşıya qoyulan döyüş tapşırıqlarının öhdəsindən layiqincə gəlib.

Tədbir Həzi Aslanov adına Ordu-İdeoloji və Mədəniyyət Mərkəzinin təşkil etdiyi maraqlı konsert proqramı ilə sona çatıb.

Son xəbərlər
Baş Dövlət Yol Polisi idarəsindən sürücülərə vacib xəbərdarlıq
ADY: Qatarlarda 100 faizə yaxın doluluq qeydə alınıb
Şoyqu: Ermənistan Aİ-yə daxil olarsa, bir çox imtiyazlarını itirəcək
Macarıstan Aİ-nin Ukrayna üzrə sammitinin yekun sənədini yenidən bloklayıb
Ərdoğan və Tramp arasında telefon danışışığı olub
Dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılıb
Türkiyəli məşhur rejissor vəfat edib
Azərbaycan və Özbəkistan Prezidentləri arasında telefon danışığı olub