Xaçmazda avtomobil ağaca çırpılıb, ölən var
Əsəd Abbaslı
Xaçmaz rayonunda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.
Operativ Media xəbər verir ki, "Mercedes" markalı minik avtomobili Xudat- Qusar yolunun Kəndxudat kəndi ərazisindən keçən hissəsində yoldan çıxaraq qoz ağaclarına çırpılıb.
Hadisə zamanı avtomobilin sürücüsü, Xudat şəhər sakini dünyasını dəyişib. Qəzada ağır yaralanan xanım sərnişin isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net