Bakıda yol-nəqliyyat hadisəsi baş verib, iki nəfər ölüb
Əziz Əzizli
Bakıda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Operativ Media" xəbər verir ki, qəza paytaxtın Sabunçu qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, 1988-ci il təvəllüdlü Məmmədov Ramil Saleh oğlu idarə etdiyi “BYD” markalı maşınla hərəkətdə olan zaman “Jeely” markalı nəqliyyat vasitəsi ilə toqquşub.
Qəza nəticəsində sürücü R.Məmmədov və onun iki yaşlı qız övladı hadisə yerində ölüb.
Həyat yoldaşı isə aqonal vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Hazırda qadının vəziyyəti ağır olaraq qalır. Qəza ilə bağlı araşdırma aparılır.
Teqlər:
"Bak\u0131da yol-n\u0259qliyyat hadis\u0259si ba\u015f verib iki n\u0259f\u0259r \u00f6l\u00fcb"