DYP-nin stasionar postunda narkotik vasitənin qanunsuz dövriyyəsinin qarşısı alınıb
Nərmin Qocamanlı
Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının Salyan rayonu ərazisində yerləşən stasionar postunda “Hyundai” markalı avtomobil saxlanılıb. Sürücü A.Nadirovun qeyri-adekvat hərəkətləri şübhə doğurduğundan avtomobilə baxış keçirilib.
DYP-dən Operativ Media-ya verilən məlumata görə, baxış zamanı avtomobildə qanunsuz olaraq daşınan narkotik vasitə - qurudulmuş marixuana və 1 ədəd beşbarmaq aşkarlanıb. Sürücü nəqliyyat vasitəsi ilə birgə sonrakı araşdırma üçün ərazi polis orqanına təhvil verilib.
Baş Dövlət Yol Polisi İdarəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə tədbirlərinin daha da gücləndirildiyini və kriminal meyilli şəxslərə qarşı qanunla nəzərdə tutulan ən kəsərli tədbirlərin görüləcəyini bildirir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net