Menyu

Əbülfət Rzayev Türkiyənin ölkəmizdəki səfirliyinin daxili işlər müşaviri Sərvət Yılmazla görüşüb

Əsəd Abbaslı
Əbülfət Rzayev Türkiyənin ölkəmizdəki səfirliyinin daxili işlər müşaviri Sərvət Yılmazla görüşüb
1 dəq oxu

Fevralın 17-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Əbülfət Rzayev Türkiyə Respublikasının ölkəmizdəki səfirliyinin daxili işlər müşaviri Sərvət Yılmazla görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə DİN-dən məlumat verilib.

Görüşdə qarşılıqlı təcrübə mübadiləsi, əməkdaşlığın istiqamətləri üzrə görülən işlər və qarşıda duran məsələlər müzakirə edilib.

Əlaqəli Xəbərlər