Menyu

Ermənistan və Gürcüstan XİN başçıları regional məsələləri müzakirə ediblər

Ermənistan və Gürcüstan XİN başçıları regional məsələləri müzakirə ediblər
1 dəq oxu

Ermənistan və Gürcüstanın xarici işlər nazirləri (XİN) Ararat Mirzoyan və Maka Boçorişvili Cənubi Qafqaz regionunda aktual məsələləri müzakirə ediblər.

Bu barədə Operativ Media  Ermənistan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Telefon danışığı zamanı XİN başçıları ikitərəfli gündəlik və regional məsələlər barədə fikir mübadiləsi aparıblar.

Onlar, həmçinin yüksək səviyyəli Ermənistan-Gürcüstan siyasi dialoqu çərçivəsində nəzərdə tutulan gələcək proqramları müzakirə ediblər.

Əlaqəli Xəbərlər