BMT Əfqanıstan, Çad və Sudan da daxil olmaqla, 10 ölkəyə 110 milyon dollarlıq humanitar yardım ayırıb.
Operativ Media xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (OCHA) bildirib.
Sözügedən ölkələr böhran vəziyyətləri ilə üzləşib və beynəlxalq ictimaiyyətdən kifayət qədər maliyyə almamaq riskləri var.
Vəsaitin üçdə biri zorakılıq, köçkünlük və aclıq ilə üzləşmiş Sudana və çoxlu qaçqınla üzləşən qonşu Çada dəstək üçün ayrılacaq.
Pul, həmçinin Əfqanıstan, Venesuela, Honduras, Zambiya, Mavritaniya, Niger, Somali və Mərkəzi Afrika Respublikasında humanitar ehtiyaclara yönəldiləcək.
Teqlər:
"BMT 10 \u00f6lk\u0259y\u0259 110 milyon dollar ay\u0131r\u0131b"