Menyu

Avtomobili “Bayraktar”la vurulan Manukyan necə sağ qaldığını açıqlayıb

Əsəd Abbaslı
Avtomobili “Bayraktar”la vurulan Manukyan necə sağ qaldığını açıqlayıb

Azərbaycana qarşı hərbi cinayətlər törətməkdə ittiham olunan qondarma rejimin qanunsuz silahlı birləşmələrində “komandanın 1-ci müavini” işləmiş Davit Manukyanın avtomobili Vətən müharibəsi zamanı “Bayraktar” PUA-sı ilə vurulub.

Operativ Media xəbər verir ki, bunu bu gün keçirilən məhkəmədə Manukyanın özü sərbəst ifadəsində bildirib:

“Sürücüm yaralandı, mən isə 20 metr aralıda olduğumdan xəsarət almadım”.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu olmuş, general-mayor ali hərbi rütbəsində xidmət etmiş Manukyan, eyni zamanda, Ermənistanın Müdafiə Nazirliyinin Baş qərargahında Kadrlar idarəsinin rəisi, korpus komandiri olub.

Teqlər:

"Avtomobili \u201cBayraktar\u201dla vurulan Manukyan nec\u0259 sa\u011f qald\u0131\u011f\u0131n\u0131 a\u00e7\u0131qlay\u0131b"

Əlaqəli Xəbərlər