Ana səhifə / Dünya / Argentinada daşqınlar nəticəsində 6 nəfər ölüb Argentinada daşqınlar nəticəsində 6 nəfər ölüb 08.03.2025, 08:31 Əziz Əzizli Argentinanın Buenos-Ayres əyalətinin cənubunda baş verən daşqınlar nəticəsində azı 6 nəfər ölüb, 1000-dən çox insan təxliyə edilib. "Operativ Media" xəbər verir ki, bu barədə X sosial şəbəkəsində Baiya-Blanka şəhərinin meri Federiko Susbelıes məlumat verib. Merin sözlərinə görə, ziyan görən yaşayış məntəqələrinə 300 mm yağıntı düşüb. Təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün əraziyə əyalət və federal qüvvələri cəlb edilib. Teqlər: "Argentinada da\u015fq\u0131nlar n\u0259tic\u0259sind\u0259 6 n\u0259f\u0259r \u00f6l\u00fcb"