Menyu

ABŞ hökumətinin sərəncamındakı bitkoin sayı açıqlanıb

Əziz Əzizli
ABŞ hökumətinin sərəncamındakı bitkoin sayı açıqlanıb
1 dəq oxu

ABŞ hökumətinin təxminən 200.000 bitkoini var.

APA xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp kriptovalyutalara həsr olunmuş forumda deyib.

"Bu vəsaitlər yeni federal ehtiyatın əsasını təşkil edəcək", - deyə o bildirib.

Trampın sözlərinə görə, ABŞ hökuməti bitkoinlərin ən böyük sahibləri arasındadır və onları satmaq niyyətində deyil.

Əlaqəli Xəbərlər