Menyu

İran nüvə danışıqlarının bərpasına hazır olduğunu bəyan edib

Əsəd Abbaslı
İran nüvə danışıqlarının bərpasına hazır olduğunu bəyan edib

İranın BMT-dəki missiyası Tehranın nüvə proqramı üzrə danışıqların bərpasını müzakirə etməyə hazır olduğunu bəyan edib.

Operativ Media xəbər verir ki, iranlı diplomatlar nüvə proqramından tam imtina tələblərinin qəbuledilməzliyini vurğulayıblar.

Qeyd edək ki, bir neçə gün öncə ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı məsələnin hərbi yolla həllini istisna etməyib.

İranın xarici işlər naziri Abbas Əraqçi isə cavabında bildirib ki, Tehrana qarşı maksimum təzyiq və təhdid siyasətini davam etdirdiyi müddətcə İran ABŞ-lə birbaşa danışıqlara getməyəcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər