Qazaxıstanda bir qrup silahlı dini radikal saxlanılıb
Nərmin Qocamanlı
Qazaxıstanın Türküstan vilayətində dini radikalların mütəşəkkil silahlı dəstəsi saxlanılıb.
Operativ Media xəbər verir ki, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyinin mətbuat mərkəzi məlumat yayıb.
Araşdırma zamanı saxlanılan şəxslərin məhkəmə tərəfindən ekstremist kimi tanınan materialları yaydığı məlum olub.
"Şübhəlilərin yaşayış və iş yerlərində aparılan axtarışlar zamanı 20-dən çox dini təyinatlı ədəbiyyat, narkotik vasitələr, qanunsuz saxlanılan silah-sursat və digər maddi sübutlar götürülüb. Dəstənin rəhbərləri məhkəmənin qərarı ilə həbs edilib", - məlumatda deyilir.
Teqlər:
"Qazax\u0131standa bir qrup silahl\u0131 dini radikal saxlan\u0131l\u0131b"