Suriyadakı toqquşmalar nəticəsində ölənlərin sayı 973-ə çatıb
Suriyanın yeni hakimiyyətinin təhlükəsizlik qüvvələri ilə ölkənin qərbində keçmiş prezident Bəşər Əsədin silahlı tərəfdarları arasında baş verən toqquşmalar nəticəsində ölənlərin sayı 973 nəfərə yüksəlib.
Operativ Media xəbər verir ki, bu barədə Livanın “Əl Nahar” qəzeti məlumat yayıb .
Məlumatda qeyd olunub ki, ölənlər arasında qadın və uşaqlar da var.
Qeyd qedək ki, martın 6-da başlayan hərbi əməliyyatlar zamanı 250-dən çox silahlı öldürülüb.