Berlin hava limanı tətil səbəbiylə bütün müntəzəm reysləri dayandırıb
Berlin hava limanı tətil səbəbiylə bütün müntəzəm reysləri dayandırıb.
Operativ Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Almaniyanın ən böyük hava limanı olan Frankfurt da fasiləsiz fəaliyyətə zəmanət verə bilməyəcəyi barədə xəbərdarlıq edib.
Qeyd olunub ki, ümumilikdə ölkə üzrə tətillər ondan çox hava limanına təsir edib. Bu da Almaniya Hava Limanları Assosiasiyasının (ADV) hesablamalarına görə, 3,4 mindən çox reysin ləğvinə səbəb ola bilər. Həmkarlar ittifaqı işçilərin əmək haqqının 8% artırılmasını və ya aylıq 350 avro ödənilməsini, həmçinin məzuniyyət günlərinin sayının artırılmasını tələb edir.
Bildirilib ki, bazar günü Hamburq hava limanınıda 40 mindən çox sərnişini daşıyan 300-ə yaxın reys ləğv edilib.
Teqlər:
"Berlin hava liman\u0131 t\u0259til s\u0259b\u0259biyl\u0259 b\u00fct\u00fcn m\u00fcnt\u0259z\u0259m reysl\u0259ri dayand\u0131r\u0131b"