Menyu

Brisbendən Sidneyə uçan təyyarə məcburi eniş edib

Əsəd Abbaslı
Brisbendən Sidneyə uçan təyyarə məcburi eniş edib

"Qantas" aviaşirkətinin pilotu reys zamanı qəfildən sinəsində ağrı hiss edib və defibrilyator gətirilməsini istəyib.

Operativ Media xəbər verir ki, məlumatı News.com.au portalı yayıb.

Avstraliya daxilində - Brisbendən Sidneyə uçan təyyarənin pilotu özünü yaxşı hiss etmədiyini deyib.

İdarəetməni ikinci pilоt öz üzərinə götürüb, təcili eniş tələb edib və dispetçerə təcili yardıma ehtiyac olduğunu bildirib.

Nəticədə hava gəmisi Sidney aeroportunda uğurla eniş edib, 127 sərnişin və 6 ekipaj üzvü zərər çəkməyib.

Xoşbəxtlikdən, difibrilyatora ehtiyac qalmayıb. Pilota enişdə tibb işçiləri yardım göstəriblər, sonra isə onu xəstəxanaya aparıblar.

Teqlər:

"Brisbend\u0259n Sidney\u0259 u\u00e7an t\u0259yyar\u0259 m\u0259cburi eni\u015f edib"

Əlaqəli Xəbərlər