Moskvada jurnalistlərə açıqlama verən Kremlin sözcüsü Dmitri Peskov AB ölkələrinin fevralın 5-də qüvvəyə minəcək Rusiya neft məhsullarına embarqosunu dəyərləndirib.
"Operativ Media" xəbər verir ki, sözügedən sanksiyalara digər sanksiyalarda olduğu kimi mənfi yanaşdıqlarını vurğulayan Peskov, "Təbii ki, bu, qlobal enerji bazarlarında daha çox balanssızlığa səbəb olacaq", - deyə bildirib.
Rusiyanın neft məhsullarına qoyulan embarqo ilə bağlı lazımi tədbirləri görəcəyini ifadə edən Peskov, “Maraqlarımızı ortaya çıxan risklərə qarşı qorumaq üçün tədbirlər görəcəyik” deyib.






