Menyu

ABŞ-də məktəb avtobusu aşıb, 15 nəfər xəsarət alıb

ABŞ-də məktəb avtobusu aşıb, 15 nəfər xəsarət alıb

ABŞ-nin Nyu-Cersi ştatında məktəb avtobusunun aşması nəticəsində 15 nəfər xəsarət alıb.

Operativ Media xəbər verir ki, bu barədə CBS News məlumat yayıb.

Ştat polisi qəza nəticəsində biri ağır olmaqla sürücü və 14 sərnişinin yaralandığını bildirib.

Hadisə yerinə sövq edilən ilk yardım qrupları aşmış avtobusun altında qalan sərnişini xilas edib. Qəzanın səbəbləri ilə bağlı hələlik heç bir açıqlama verilməyib.

Yerli mətbuatın məlumatına görə, avtobusda 30-dan çox adam olub.

Teqlər:

"AB\u015e-d\u0259 m\u0259kt\u0259b avtobusu a\u015f\u0131b 15 n\u0259f\u0259r x\u0259sar\u0259t al\u0131b"

Əlaqəli Xəbərlər