Menyu

Rusiyadan Macarıstana neft tədarükü bərpa edilib - YENİLƏNİB

Əsəd Abbaslı
Rusiyadan Macarıstana neft tədarükü bərpa edilib - YENİLƏNİB
1 dəq oxu

Rusiya neftinin Macarıstana tədarükü bərpa edilib.

Operativ Media xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto məlumat verib.

“"Drujba" neft kəmərinə Ukrayna pilotsuz təyyarəsinin hücumu nəticəsində dəymiş ziyan aradan qaldırılıb və kəmər ilə Macarıstana xam neftin nəqli bərpa edilib”, - diplomat qeyd edib.

18:34

Rusiyadan Macarıstana neft tədarükü dayandırılıb.

Operativ Media xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto məlumat verib.

"Ukraynaya məxsus pilotsuz uçuş aparatı "Drujba" neft boru kəmərinin stansiyalarından birini hədəf alıb və Macarıstana neft nəqli müvəqqəti olaraq dayandırılıb", - o qeyd edib.

Əlaqəli Xəbərlər