Menyu

Rusiya Odessa limanına zərbə endirib

Rusiya Odessa limanına zərbə endirib

Dünən  axşam saatlarında Rusiya ordusu Odessa dəniz ticarət limanına ballistik raketlə zərbə endirib. Zərbə nəticəsində xarici gəminin dörd ekipaj üzvü həlak olub.

Operativ Media  xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla aat 20:15 radələrində Odessada hava hücumu həyəcanı elan edilib və bir neçə dəqiqə sonra şəhərdə güclü partlayış baş verib. Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı rusların şəhərə ballistik raket atdığını qeyd edib.

"İlkin məlumata görə, “MJ Pınar” gəmisinin dörd ekipaj üzvü həlak olub, daha bir dənizçi isə yaralanıb. Şirkətin göyərtədə olan əməkdaşı da yaralanıb”, - məlumatda vurğulanıb.

İlkin məlumata görə, “MJ Pınar” 30 min ton buğda yükləmək üçün Əlcəzairdən gəlib və hücum zamanı yükləmə işləri davam edirmiş. Səlahiyyətlilərin verdiyi məlumata görə, həyatını itirən 4 nəfərdən üçünün Suriya, birinin isə Ukrayna vətəndaşı olduğu təxmin edilir. Gəmidə ümumilikdə 12 ekipaj üzvü olub və 4 nəfərin ölümü ilə nəticələnən bu hücum beynəlxalq ictimaiyyətə böyük təsir göstərib.

Hücumun Rusiyanın kasset bombası döyüş başlığına da sahib olduğu “İsgəndər-M” ballistik raketi ilə həyata keçirildiyi iddia edilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər