Menyu

Türkiyədə minik avtomobili ilə yük maşınının toqquşması nəticəsində 5 nəfər ölüb

Redaksiya
Türkiyədə minik avtomobili ilə yük maşınının toqquşması nəticəsində 5 nəfər ölüb

Bursansanın Karacabey rayonunda minik avtomobili ilə yük maşınının toqquşması nəticəsində 5 nəfər ölüb, 1 nəfər yaralanıb.

"Operativ Media" "TRT"ə istinadən xəbər verir ki, Şuayip Giren idarə etdiyi avtomobil Çanaqqala-Bursa avtomobil yolunun Tophisar məntəqəsində əks kəsişməsində dayanaraq dönməyi gözləyən İsmayıl A.-nın idarə etdiyi yük maşınına çırpılıb.

Qəzada avtomobilin sürücüsü və daha 5 nəfər avtomobildə sıxılı vəziyyətdə qalıb.

Hadisə yerinə çoxlu sayda polis, yanğınsöndürən və 112 Təcili Tibbi Yardım qrupu göndərilib.

Hadisə nəticəsində 5 nəfərin öldüyü, 1 nəfərin xəsarət aldığı bildirilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər