Menyu

İstanbulda İŞİD tərəfdarları saxlanılıb

Əziz Əzizli
İstanbulda İŞİD tərəfdarları saxlanılıb

İstanbulda bəzi baş konsulluqlara, xristian və yəhudi vətəndaşların ibadət yerlərinə qarşı İŞİD terror təşkilatından əməliyyat əmri aldığı iddia edilən 15 şübhəli həbs edilib.

"Operativ Media" xəbər verir ki, həbs edilən şübhəlilərin İŞİD terror təşkilatı ilə əlaqələri müəyyən edilib, lakin xristian və yəhudilərə məxsus konsulluq və ibadət yerlərinə qarşı konkret təhdidlər müəyyən edilməyib.

Saxlanılan şübhəlilərin İŞİD terror təşkilatı və qarşıdurma bölgələri ilə əlaqəsi olduğu müəyyən edilsə də, baş konsulluqlara, xristian və yəhudi vətəndaşların ibadət yerlərinə qarşı konkret təhdidlər aşkar edilməyib. Ədliyyə orqanlarına sövq edilən 15 şübhəli bu gün tutularaq Cəzaçəkmə Müəssisəsinə təhvil verilib.

Teqlər:

"İstanbulda İŞİD tərəfdarları saxlanılıb"

Əlaqəli Xəbərlər