İstanbul Böyük Şəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlu saxlanılıb.
Operativ Media xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
İmamoğlunun evində axtarış aparılıb, sonra o, tibbi müayinəyə aparılıb. İmamoğlu və müttəhimlər “cinayətkar təşkilata rəhbərlik”, “PKK ilə birlikdə hərəkət edərək şəhər razılaşmasına daxil olmaq” və korrupsiya ittihamları ilə saxlanılıblar.