Menyu

Serbiya hökuməti istefaya göndərilib

Əsəd Abbaslı
Serbiya hökuməti istefaya göndərilib

Serbiya Milli Assambleyasının bugünkü iclasında Baş nazir Milos Vuçeviç və hökumətin istefası təsdiq olunub.

Operativ Media xəbər verir ki, assambleyanın sədri Ana Brnabiç yeni hökumətin formalaşdırılması prosesinin martın 20-də başlayacağını bildirib.

Qeyd edilib ki, yeni hökumətin formalaşdırılması üçün son tarix aprelin 18-dir.

Bu baş verməzsə, ölkə başçısının parlamenti buraxmaq və parlament seçkilərini təyin etmək hüququ var.

Xatırladaq ki, keçən il noyabrın 1-də Novi Sad şəhərindəki dəmir yolu vağzalında 15 nəfərin öldüyü, 2 nəfərin ağır yaralandığı qəzaya görə tələbələrin keçirdiyi etiraz aksiyasından sonra Serbiyanın Baş naziri Milos Vuçeviç, eləcə də Novi Sad şəhərinin bələdiyyə sədri Milan Dyuriç tutduqları vəzifələrdən istefa veriblər.

Hadisə baş verən dövrdə isə tikinti, nəqliyyat və infrastruktur naziri Qoran Vesiç, eləcə də daxili və xarici ticarət naziri Tomislav Momiroviç tutduqları vəzifələrdən istefa vermişdilər.

Teqlər:

"Serbiya h\u00f6kum\u0259ti istefaya g\u00f6nd\u0259rilib"

Əlaqəli Xəbərlər