Menyu

Lukaşenkonun andiçməsinin vaxtı məlum olub

Redaksiya
Lukaşenkonun andiçməsinin vaxtı məlum olub
1 dəq oxu

Bu ilin yanvar ayında keçirilən seçkilərlə 6-cı dəfə Belarus Prezidenti seçilən Aleksandr Lukaşenko mart ayının 25-də and içərək vəzifəsinin icrasına başlayacaq.

Operativ Media xəbər verir ki, bu barədə "Belta" məlumat yayıb. 

Məlumata görə, Belarus Respublikasının Konstitusiyasına uyğun olaraq, Prezidentin andı ÜmumBelarus Xalq Məclisi Rəyasət Heyətinin üzvlərinin, Nümayəndələr Palatasının deputatlarının və Respublika Şurasının üzvlərinin, Konstitusiya və Ali Məhkəmələrin hakimlərinin iştirakı ilə təntənəli mərasimdə keçirilir.

Əlaqəli Xəbərlər