Menyu

İranda zəlzələ baş verib

Əziz Əzizli
İranda zəlzələ baş verib
1 dəq oxu

İranın cənubundakı Buşehr ostanında 4,6 maqnitudali zəlzələ baş verib.

Operativ Media xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 02:13-də (Bakı vaxtı ilə 02:43) Buşəhr şəhərindən 163 km cənub-şərqdə qeydə alınıb. Yeraltı təkanların ocağı 20 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Əlaqəli Xəbərlər