
Funksiyaları gizli saxlanılan peyk ABŞ-ın Kaliforniya ştatındakı Vandenberq Kosmik Qüvvələri bazasından yerli vaxtla saat 23:49-da "SpaceX"ə məxsus Falcon 9 raketi ilə orbitə buraxılıb.
Operativ Media xəbər verir ki, bu haqda space.com saytı məlumat yayıb.
Buraxılış internetdə canlı yayımlanarkən, "NROL-57"ni daşıyan raketin birinci mərhələsi havaya qalxdıqdan təxminən 7,5 dəqiqə sonra planlaşdırıldığı kimi kosmosa qayıdıb.
Raketin yuxarı pilləsi peykin faydalı yüklərini orbitə daşımağa davam edəcək, lakin bu faydalı yüklərin nə vaxt və harada yerləşdiriləcəyi dəqiqləşdirilməyib.
ABŞ-də kəşfiyyat peyklərinin dizaynı, istehsalı, buraxılması və istismarından məsul olan kəşfiyyat bölməsi olan Milli Kəşfiyyat İdarəsinə (NRO) aid olan peykin hansı məqsədlə istifadə ediləcəyi məlum deyil.
Missiyada istifadə edilən raket daha əvvəl "NROL-126", "Transporter-12" və "SPHEREx" teleskop missiyalarını kosmosa çıxarmışdı.