"Yünyao-1", 43, 44, 45, 46, 47 və 48 peykləri ölkənin şimal-qərbindəki Ciuçüen Peyk Mərkəzindən orbitə çıxarılıb.
Operativ Media xəbər verir ki, bu haqda Çinin Sinxua agentliyi məlumat yayıb.
Peyklər buraxıldıqdan sonra planlaşdırılmış orbital mövqelərinə yerləşiblər və bu, "CERES-1" raketi ilə göndərilən 18-ci uğurlu uçuş olub.
"Galactic Energy" tərəfindən hazırlanmış 19 metr uzunluğunda və 1,4 metr enində olan "CERES-1" raketi Aşağı Yer Orbitinə 350 kiloqrama qədər faydalı yük daşıya bilir.
"CERES-1" indiyədək orbitə 77 peyk çıxarıb.
Teqlər:
"\u00c7in \"CERES-1\" raketi il\u0259 kosmosa 6 peyk burax\u0131b"