Menyu

Türkiyədə etiraz aksiyaları zamanı 343 nəfər saxlanılıb

Nərmin Qocamanlı
Türkiyədə etiraz aksiyaları zamanı 343 nəfər saxlanılıb
1 dəq oxu

Türkiyədə keçirilən etiraz aksiyaları zamanı 343 nəfər saxlanılıb.

Operativ Media xəbər verir ki, bu barədə özünün "X" səhifəsində Türkiyənin daxili işlər naziri Ali Yerlikaya yazıb.

"İstanbul Böyükşəhər Bələdiyyəsinin İstanbul Baş Prokurorluğunun apardığı istintaqla bağlı dünən gecə saatlarında İstanbul, Ankara, İzmir, Adana, Antalya, Çanaqqala, Əskişəhər, Konya və Ədirnədə keçirilən etiraz aksiyalarında 343 şübhəli saxlanılıb.

İctimai asayişi pozmağa çalışan, millətimizin əmin-amanlığını və təhlükəsizliyini təhdid edən, xaos və təxribat axtaranlara heç vaxt fürsət verilməyəcək və qətiyyən göz yumulmayacaq. Asayişimizin, təhlükəsizliyimizin qarantı olan polis əməkdaşlarımız gecə-gündüz iş başındadırlar", - deyə o bildirib.

 

Əlaqəli Xəbərlər