Nigerdə məscidə hücum nəticəsində 44 nəfər həlak olub
Əziz Əzizli
Ötən gün Kokorou bölgəsinin Fonbita kəndində məscidə edilən terror aktı nəticəsində azı 44 nəfərin ölüb.
Operativ Media xəbər verir ki, bunu Nigerin Daxili işlər naziri Məhəmməd Toumba dövlət televiziyasına açıqlamasında deyib.
Nazir Toumba, 4-ü ağır olmaqla 13 nəfərin yaralandığı hücumun İŞİD terror təşkilatına bağlı təşkilatlar tərəfindən həyata keçirildiyini qeyd edib.
Digər tərəfdən, hökumət hücumla əlaqədar bu gündən başlayaraq 72 saatlıq milli matəm elan edib.
Sahel bölgəsində yerləşən Burkina Faso, Mali və Niger son illərdə terror təşkilatı Əl Qaidə və İŞİD-ə bağlı qrupların hücumlarına məruz qalır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net