Cənubi Koreyada meşə yanğınında 2 yanğınsöndürən həlak olub
Əziz Əzizli
Güclü küləyin təsirli olduğu Ulsan şəhərində yerli vaxtla saat 15:26-da meşə yanğını baş verib. Güclü külək nəticəsində çətinləşən yanğında iki yanğınsöndürən həlak olub.
Operativ Media xəbər verir ki, bu haqda "Yonhap" xəbər agentliyi məlumat yayıb.
Səlahiyyətlilər sözügedən yanğınsöndürənlərin şəxsiyyətinin hələ müəyyən edilmədiyini və ölüm səbəblərinin araşdırılacağını bildirib.
Təxminən 290 hektara yaxın ərazini yandıran yanğının 60 faizinin nəzarət altına alındığını vurğulayan səlahiyyətlilər, yanğından zərər çəkən yüzlərlə insanın təhlükəsiz ərazilərə təxliyə edildiyini qeyd edib.