Menyu

Vatikan: Papa sabah xəstəxana qarşısında onu gözləyənləri qarşılamağı planlaşdırır

Əziz Əzizli
Vatikan: Papa sabah xəstəxana qarşısında onu gözləyənləri qarşılamağı planlaşdırır

Vatikan Mətbuat Ofisi fevral ayında keçirdiyi ağır bronxit səbəbiylə ikitərəfli pnevmoniya diaqnozu ilə 37 gündür Roma Gemelli Xəstəxanasında müalicə olunan 88 yaşlı Papanın sağlamlıq vəziyyəti ilə bağlı yeni məlumat paylaşıb.

Operativ Media xəbər verir ki, Papa Fransisk Gemelli xəstəxanasının qarşısındakıları pəncərədən qarşılayacaq və sabah ediləcək ənənəvi bazar günü duasında onlarla birlikdə olacaq.

Bu, bir aydan artıqdır ki, xəstəxanada yatan Papanın onu gözləyənləri salamlamaq üçün ilk dəfə ictimaiyyət qarşısına çıxması olacaq. Martın 16-da Vatikan Papanın xəstəxana kapellasında dua edərkən arxadan çəkilmiş tək kadrlı fotosunu paylaşdı ki, bu da katolik ruhani liderinin xəstəxanaya yerləşdirildikdən sonra ilk şəkli idi.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər