Misir Aİ-dən 4 milyard avro maliyyə yardımı gözləyir
Avropa Parlamentinin Beynəlxalq Ticarət Komitəsi Misirə ayrılacaq maliyyə yardımı paketinin 4 milyard avro məbləğində ikinci tranşını təsdiq edib.
OperativMedia xəbər verir ki, bunu Misirin xarici işlər naziri Bədr Əbdülati Avropa İttifaqının (Aİ) diplomatik xidmətinin rəhbəri Kaya Kallasla Qahirədə keçirdiyi görüşdən sonra mətbuata açıqlamasında deyib.
Nazir əlavə edib ki, Misir yaxın həftələrdə Avropa Parlamentinin bu qərara müsbət səs verəcəyini gözləyir.
Bədr Əbdülati vurğulayıb ki, ölkəsi bir milyard avro məbləğində birinci tranşı ötən dekabr ayında alıb.
Qeyd edək ki, Aİ 2024-cü ilin martında Misirə 7,4 milyard avro məbləğində maliyyə yardımı göstərməyə razılaşıb. Həmçinin Qahirə ilə əlaqələrin strateji tərəfdaşlığa yüksəldildiyi açıqlanıb.
Teqlər:
"Misir A\u0130-d\u0259n 4 milyard avro maliyy\u0259 yard\u0131m\u0131 g\u00f6zl\u0259yir"