Türkiyə DİN: Qanunsuz aksiyalarda 1133 nəfər saxlanılıb
Türkiyədə keçirilən qanunsuz aksiyalarda 1133 nəfər saxlanıldı, 123 polis yaralanıb.
Operativ Media xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya "X"də paylaşım edib.
Nazir bildirib ki, 19-23 mart 2025-ci il tarixləri arasında ölkədə keçirilən qanunsuz aksiyalarda 1133 nəfər şübhəli saxlanılıb, onlardan bəzilərinin 12 müxtəlif terror təşkilatı ilə əlaqəsi müəyyən edilib.
Nazir vurğulayıb ki, Aksiyalar zamanı 123 polis əməkdaşı yaralanıb. Hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyatlarda turşu (asit), daş, dəyənək, fişəng, molotof kokteyli, baltalar və bıçaqlar ələ keçirilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net