Menyu

İran XİN Ərdoğanın Novruz bayramı təklifinə münasibət bildirib

Əsəd Abbaslı
İran XİN Ərdoğanın Novruz bayramı təklifinə münasibət bildirib

İran Xarici İşlər Nazirliyi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Novruz bayramının türk xalqlarının ümumi milli bayramı elan edilməsi ilə bağlı təklifinə münasibət bildirib.

Operativ Media xəbər verir ki, nazirlik bəyan edib ki, "Novruz İranın qədim bayramıdır və İran sivilizasiyasında uzun müddətdir ki, qeyd olunur".

Xatırladaq ki, bir neçə gün əvvəl Ərdoğan Novruz bayramının türk dünyasının ortaq milli bayramı kimi qəbul edilməsini təklif edib.

Qeyd edək ki, Novruz bayramı təkcə İran və Türkiyədə deyil, Azərbaycan, Orta Asiya və bir sıra digər ölkələrdə geniş şəkildə qeyd olunur.

Bayram 2009-cu ildə UNESCO tərəfindən Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.

Teqlər:

"\u0130ran X\u0130N \u018frdo\u011fan\u0131n Novruz bayram\u0131 t\u0259klifin\u0259 m\u00fcnasib\u0259t bildirib"

Əlaqəli Xəbərlər