Menyu

Tramp: Ukrayna ilə mineral ehtiyatlarla bağlı sazişə dair razılıq əldə olunub

Əsəd Abbaslı
Tramp: Ukrayna ilə mineral ehtiyatlarla bağlı sazişə dair razılıq əldə olunub
1 dəq oxu

ABŞ Ukrayna ilə mineral ehtiyatlara dair sazişlə bağlı razılığa gəlib.

Operativ Media xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

“Biz faydalı qazıntılarla bağlı müqavilə üzrə razılıq əldə etmişik. Sazişi tezliklə imzalayacağıq. İndi biz ərazi haqqında danışırıq”, - Ağ Ev rəhbəri deyib.

Bundan əlavə, Tramp qeyd edib ki, ABŞ və Ukrayna arasında elektrik stansiyasının mülkiyyəti ilə bağlı danışıqlar davam edir.

Əlaqəli Xəbərlər