Menyu

Ukrayna ordusunda korrupsiyanı araşdırmaq üçün komissiya yaradılacaq

Əsəd Abbaslı
Ukrayna ordusunda korrupsiyanı araşdırmaq üçün komissiya yaradılacaq

Ukraynanın Ali Radasında “Xalqın qulluqçusu” fraksiyasının rəhbəri David Araxamiya Ukrayna Silahlı Qüvvələrində qanun pozuntuları ilə bağlı müvəqqəti istintaq komissiyasının yaradılmasını təklif edib.

Operativ Media xəbər verir ki, bu barədə yerli mətbuatda məlumat yayılıb.

Qeyd olunur ki, komissiyanın əsas vəzifəsi qanun pozuntuları, o cümlədən korrupsiya və hərbi hüquqpozmaların araşdırılması olacaq.

Söhbət həm də müdafiə strukturlarının və mühəndis istehkamlarının yaradılması, habelə Ukrayna Silahlı Qüvvələri üçün pilotsuz uçuş aparatlarının alınmasından gedir.

Komissiyaya 20 deputatın daxil olacağı bildirilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər