Menyu

Peskov: Ər-Riyaddakı danışıqların məzmunu açıqlanmayacaq

Peskov: Ər-Riyaddakı danışıqların məzmunu açıqlanmayacaq

Ər-Riyaddakı danışıqların məzmunu açıqlanmayacaq, çünki bunlar texniki məsləhətləşmələrdir.

Operativ Media xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya və ABŞ arasında Ər-Riyadda aparılan danışıqların nəticələri barədə Moskva və Vaşinqtona məlumat verilib.Peskov hazırda danışıqların nəticələrinin təhlil edildiyini söyləyib. Kremlin sözçüsü vurğulayıb ki, Rusiya və ABŞ təmasları davam etdirəcək, lakin təmasların vaxtı və nümayəndə heyətlərinin tərkibi ilə bağlı hələlik konkret məlumat yoxdur.

Peskov Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında üçtərəfli görüş hələlik planlaşdırılmadığını da söyləyib. Kreml rəsmisi Putinlə Tramp arasında hələlik heç bir danışığın planlaşdırılmadığını, lakin lazım gələrsə, tez bir zamanda bunun razılaşdırılacağını əlavə edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər