Menyu

Ermənistanda Rusiya sərhədçisi yol qəzasında həlak olub

Ermənistanda Rusiya sərhədçisi yol qəzasında həlak olub
1 dəq oxu

Ermənistanın cənubunda baş verən yol qəzasında Rusiya sərhədçisi həlak olub, daha biri xəstəxanaya yerləşdirilib.

Operativ Media xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Məlumata görə, hadisə bu gün səhər Mehri-Nrnadzor yolunda "UAZ" markalı avtomobilin dərəyə düşməsi nəticəsində baş verib.

Yaralının vəziyyəti ağır qiymətləndirilib.

Əlaqəli Xəbərlər