ABŞ və Rusiya Qara dənizdə güc tətbiq etməmək barədə razılığa gəlib
Əsəd Abbaslı
ABŞ və Rusiya Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən görüşdə təhlükəsiz naviqasiyanı təmin etmək və Qara dənizdə güc tətbiqini istisna etmək barədə razılığa gəliblər.
Operativ Media xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Bu addımın bölgədə gərginliyin azaldılmasına və dəniz təhlükəsizliyinin qorunmasına xidmət etdiyi bildirilir.
Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi fonunda Qara dənizdə gəmiçilik və təhlükəsizlik məsələləri strateji əhəmiyyət daşıyır.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma