Menyu

ABŞ İran kəşfiyyatçılarına sanksiya tətbiq etdi

Əsəd Abbaslı
ABŞ  İran kəşfiyyatçılarına sanksiya tətbiq etdi
1 dəq oxu

ABŞ administrasiyası keçmiş FTB agenti Robert Levinsonun oğurlanması və ehtimal olunan ölümündə iştirak etdiyi iddia olunan İranın 3 kəşfiyyatçısına qarşı sanksiyalar tətbiq edib.

Operativ Media xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus bildirib.

O bu şəxslərin İran kəşfiyyat orqanlarının əməkdaşları olduğunu bildirib və sanksiyaların tətbiq edildiyini açıqlayıb.

Xatırladaq ki, Levinson 2007-ci ildə İrana şəxsi işgüzar səfərə getdikdən sonra yoxa çıxıb. İlk olaraq şəxsi səbəblərlə İrana gəldiyi iddia edilsə də, 2013-cü ildə aparılan jurnalist araşdırmasında Levinsonun ABŞ Kəşfiyyat Mərkəzi (MKİ) ilə əlaqəli olduğu məlum olub. 2019-cu ildə ABŞ hökuməti Levinsonun harada olduğunu öyrənənə qədər 20 milyon dollar mükafat təklif etmişdi.

Əlaqəli Xəbərlər