Menyu

Rusiyadan Misirə uçan təyyarə təcili eniş edib

Əsəd Abbaslı
Rusiyadan Misirə uçan təyyarə təcili eniş edib

Rusiyadan Misirə uçan "Azur Air" şirkətinə məxsus sərnişin təyyarəsi təcili eniş etməyə məcbur olub.

Operativ Media xəbər verir ki, bu barədə "Aviaincident" "Telegram" kanalı məlumat yayıb.

Bildirilir ki, martın 24-də Tümendən Şarm əl-Şeyxə uçan “Boeing” in göyərtəsində arzuolunmaz vəziyyət yaranıb.

Gürcüstanın hava məkanında olarkən təyyarədə sərnişinlərdən birinin halı pisləşib.

Təyyarə bundan sonra Soçi hava limanına təcili eniş etməyə məcbur olub.

Teqlər:

"Rusiyadan Misir\u0259 u\u00e7an t\u0259yyar\u0259 t\u0259cili eni\u015f edib"

Əlaqəli Xəbərlər