Menyu

Rusiya aviaşirkəti Bakıya uçuşları bərpa edir

Rusiya aviaşirkəti Bakıya uçuşları bərpa edir

Rusiyanın “Red Wings” aviaşirkəti Moskva yaxınlığındakı Jukovski hava limanından Bakıya birbaşa müntəzəm uçuşları bərpa edəcək.

Operativ Media xəbər verir ki, bu barədə aviadaşıyıcının mətbuat xidməti məlumat yayıb.

İlk uçuş aprelin 27-nə planlaşdırılıb.

Aviareyslər həftədə iki dəfə - çərşənbə və bazar günləri həyata keçiriləcək, təyyarə yerli vaxtla saat 16:20-də yola düşəcək, saat 21:40-da isə əks istiqamətdə uçacaq. Uçuş müddəti təxminən 3,5 saat təşkil edəcək.

Teqlər:

"Rusiya avia\u015firk\u0259ti Bak\u0131ya u\u00e7u\u015flar\u0131 b\u0259rpa edir"

Əlaqəli Xəbərlər