Menyu

Türkiyədə 41 nəfər qanunsuz miqrant saxlanılıb

Türkiyədə 41 nəfər qanunsuz miqrant saxlanılıb

Türkiyənin Çanaqqala vilayətində ölkə ərazisini qanunsuz yollarla tərk etmək istəyən 41 nəfər saxlanılıb.

Operativ Media xəbər verir ki, miqrantlar Türkiyənin Sahil Mühafizə Xidmətinin əməkdaşları tərəfindən Egey dənizində, Çanaqqalanın Ayvacık rayonunun ərazi sularında aşkarlanıblar. Rezin qayıq vasitəsilə dənizi keçməyə cəhd göstərən bu şəxslərdən 20-si azyaşlıdır.

Əfqanıstan və İran vətəndaşları olduqları müəyyən edilən şəxslər aidiyyəti qurumlara təhvil veriliblər.

Teqlər:

"T\u00fcrkiy\u0259d\u0259 41 n\u0259f\u0259r qanunsuz miqrant saxlan\u0131l\u0131b"

Əlaqəli Xəbərlər