Menyu

İsrailin Müdafiə naziri Qəzzada yerli sakinləri təxliyə etməyə çağırıb

Əsəd Abbaslı
İsrailin Müdafiə naziri Qəzzada yerli sakinləri təxliyə etməyə çağırıb

“İsrail ordusu tezliklə Qəzza zolağında döyüş zonasını genişləndirəcək, bu səbəbdən yerli sakinlər təxliyə edilməlidir.”

Operativ Media xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Katz deyib.

“İsrail ordusu tezliklə Qəzzanın əlavə ərazilərində tam qüvvə ilə fəaliyyət göstərəcək və sizdən təhlükəsizliyiniz üçün döyüş bölgələrini boşaltmağınız tələb olunacaq. Planlar artıq hazırlanıb və təsdiqlənib”, - o “X”-də Qəzza sakinlərinə göndərdiyi videomüraciətdə deyib.

Katzın sözlərinə görə, HƏMAS-ın silahlı tərəfdarları anklavın əhalisindən canlı qalxan kimi istifadə edirlər. Məhz buna görə də İsrail Qəzzada getdikcə daha çox ərazini daimi nəzarət altına almağa məcburdur.

“HƏMAS sizi, evlərinizi və daha çox ərazinizi itirməyə məcbur etməklə həyatlarınızı təhlükə altında qoyur”, - o deyib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər