Menyu

Qəza səbəbindən bağlanan yol açılıb - YENİLƏNİB

Əsəd Abbaslı
Qəza səbəbindən bağlanan yol açılıb - YENİLƏNİB

Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunda qəzaya uğrayan yük avtomobili yolun hərəkət hissəsindən kənarlaşdırılıb, yolda hərəkət bərpa olunub.

Operativ Media xəbər verir ki, bu gün səhər saatlarında yolun Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınan hadisə zamanı Bakı şəhər sakini Rəhimov Elşad Hökmulla oğlunun idarə etdiyi 99-ZD-308 dövlət qeydiyyat nişanlı yük maşını yolun hərəkət hissəsinə aşıb.

Qəza zamanı heç kim xəsarət almasa da avtomobilə və yol təsərrüfatına ciddi ziyan dəyib.

Qəzaya uğrayan yük avtomobili yolun hərəkət hissəni bağladığından təhlükəsizlik tədbirləri ilə əlaqədar Bakı istiqamətində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Sürücülər axşam saatlarınadək alternativ olaraq Siyəzən şəhərindən keçən yoldan istifadə ediblər.

Hadisə yerinə Dövlət Yol Polisi və digər müvafiq qurumların əməkdaşları cəlb olunublar.

Qəzanın fəsadları aradan qaldırıldıqdan sonra yolda avtomobillərin hərəkəti bərpa olunub.

12:29

Siyəzəndə yanacaqdaşıyan avtomobil aşıb, partlayış təhlükəsi yaranıb.

Bu barədə Operativ Media-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin "112” qaynar telefon xəttinə Bakı-Quba avtomobil yolunun Siyəzən rayonundan keçən hissəsində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı qoşqusunda 39 ton yanacağı olan “DAF” markalı yanacaqdaşıyan avtomobilin idarəetməni itirərək aşması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və yanacağın ətrafa dağılması ilə yanğın-partlayış təhlükəsinin yarandığı müəyyən olunub.

Hazırda yanğınsöndürənlər tərəfindən mümkün yanğın-partlayış təhlükəsinin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Teqlər:

"Q\u0259za s\u0259b\u0259bind\u0259n ba\u011flanan yol a\u00e7\u0131l\u0131b - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər