03 Aprel 2025, 14:54
Azərbaycan-Moldova hökumətlərarası komissiyasının 6-cı iclası olacaq
Paytaxtda Bakıda Azərbaycan-Moldova hökumətlərarası komissiyasının 6-cı iclası olacaq.
Azərbaycan-Moldova hökumətlərarası komissiyasının 6-cı iclası olacaq şəkil
Azərbaycan-Moldova hökumətlərarası komissiyasının 6-cı iclası olacaq

Aprelin 11-də Bakıda Azərbaycan-Moldova iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 6-cı iclası keçiriləcək.

Operativ Media bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, nazir Məcnun Məmmədov Moldovanın Azərbaycandakı səfiri Aleksandr Esaulenko ilə görüş keçirib. Azərbaycan rəsmisi aqrar sektora dövlət dəstəyi barədə görüş iştirakçılarına ətraflı məlumat verib, bildirib ki, iki ölkə arasında bütün sahələrdə əməkdaşlıq dinamik inkişaf edir. Tərəflər aqrar sahədə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını vurğulayıblar.

Görüşdə aqrar sahədə əməkdaşlıq, hüquq-müqavilə bazasının gücləndirilməsi, kənd təsərrüfatı və qida məhsullarının ticarətinin artırılması, aqrar sahədə ən müasir texnologiyaların transferi, aqrar sektorda elmi-tədqiqat və təhsil sahələrində təcrübə proqramlarının həyata keçirilməsi, Azərbaycan-Moldova iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın fəaliyyəti, komissiyanın növbəti iclası, biznes forumun təşkil edilməsii ilə bağlı məsələlər müzakirə olunub. Eyni zamanda, tərəflər iki ölkənin kənd təsərrüfatı, enerji, nəqliyyat, təhsil, turizm və digər sahələrdə əməkdaşlıq imkanları, bu sahələrdə imzalanmış və razılaşdırılmaqda olan müqavilələr, gələcək əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparıblar.

Azərbaycan və Moldova arasında indiyə qədər müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə bir çox sənədlərin imzalandığı qeyd olunub. Bildirilib ki, ticarət və investisiya əməkdaşlığının daha da genişləndirilməsi üçün böyük imkanlar var. Bu baxımdan, iş adamlarının iştirakı ilə müntəzəm olaraq biznes forumların, sərgilərin keçirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb. Ölkəmizdə etibarlı və əlverişli biznes mühiti və böyük tranzit potensialının olduğunu xatırladan nazir qeyd edib ki, moldovalı sahibkarlar Azərbaycanın investisiya imkanlarını dəyərləndirə və ölkəmizin nəqliyyat-tranzit potensialından daha geniş istifadə edə bilərlər.

Son xəbərlər
İsrail Dohadakı nümayəndə heyətini geri çağırıb
Gəncədə ağır yol qəzası ölümə səbəb olub
Zelenski: ABŞ-nin təsiri çoxsaylı insan həyatını xilas edə bilər
"Çelsi" Rodriqonu transfer etməyi düşünür
İlham Əliyev və Viktor Orban mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
20 May 2025, 23:25
Numan Kurtulmuş Ədalət Vəliyevi qəbul edib
"Louvre Plaza" şadlıq sarayında yanğın olub
PSJ Çempionlar Liqasının finalını öz stadionunda azarkeşlərə yayımlayacaq