Menyu

Hərbi kolleclərdə orta ixtisas təhsilini başa vuran kursantlar "miçman" rütbəsi də alacaq

Hərbi kolleclərdə orta ixtisas təhsilini başa vuran kursantlar "miçman" rütbəsi də alacaq

“Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində Bakı Hərbi Kollecinin, Gəncə Hərbi Kollecinin və Naxçıvan Hərbi Kollecinin yaradılması haqqında" qərara dəyişiklik edilib.

Operativ Media  xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Kolleclərdə orta ixtisas təhsilini başa vuran kursantlara artıq miçman hərbi rütbəsi də veriləcək. İndiyə qədər kolleclərdə orta ixtisas təhsilini başa vuran kursantlara “subbakalavr” peşə ixtisas dərəcəsi, “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan təhsil haqqında dövlət sənədi - diplom və Universitet tərəfindən döş nişanı, habelə hərbi-uçot ixtisasları üzrə 3-cü məharət dərəcəsi və sertifikat, eləcə də müdafiə nazirinin əmri ilə “gizir” hərbi rütbəsi verilirdi.

Teqlər:

"H\u0259rbi kollecl\u0259rd\u0259 orta ixtisas t\u0259hsilini ba\u015fa vuran kursantlar \"mi\u00e7man\" r\u00fctb\u0259si d\u0259 alacaq"

Əlaqəli Xəbərlər