Menyu

Lökbatanda 100 kq mənşəyi məlum olmayan ət aşkarlanıb

Lökbatanda 100 kq mənşəyi məlum olmayan ət aşkarlanıb

Lökbatan qəsəbəsində reyd zamanı istehlaka yararsız ət aşkarlanıb.

Bu barədə Operativ Media-ya  Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi reyd zamanı Qaradağ rayonu, Lökbatan qəsəbəsində  avtomobilin yük hissəsində daşınma zamanı baytarlıq-sanitariya və sanitariya-gigiyena tələbləri pozulan 100 kq mənşəyi məlum olmayan ət aşkarlanıb.

Baxış zamanı ətlərin baytarlıq ekspertizasından keçmədiyi, baytarlıq müşayətedici sənədi olmadığı və orqanoleptik göstəricilərinə görə normativ sənədin tələblərinə cavab vermədiyi məlum olub.

Ətlərdən götürülən nümunələrin laborator müayinəsi nəticəsində At DNT-si müəyyən edilib.

Faktla bağlı fiziki şəxs barəsində inzibati tədbir görülüb və ətin dövriyyədən çıxarılması təmin edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər