Menyu

ADY bu ilin ilk rübündə 41 mindən çox konteyner yükü daşıyıb

Nərmin Qocamanlı
ADY bu ilin ilk rübündə 41 mindən çox konteyner  yükü daşıyıb
1 dəq oxu

ADY bu ilin ilk 3 ayında ümumilikdə 41,3 min TEU (Twentyfoot Equivalent Unit - 20 futluq ekvivalentdə bir konteyner) konteyner yükü, o cümlədən 20 min TEU konteyner tranzit yükü daşıyıb.

Operativ Media xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Ümumi yük həcmi ötən ilin eyni dövrü üzrə göstəricini 55%, tranzit yük həcmi isə 59% üstələyib.

2024-cü ildə 114 min TEU konteyner yükü daşınıb ki, bunun 55,4 min TEU konteynerini tranzit yükü təşkil edib. 2021-ci illə müqayisədə ötən il daşınmış ümumi yükün həcmi 60%-dən çox artıb.

Əlaqəli Xəbərlər