Menyu

Ombudsman Aparatı: 1991-ci ildən bu günə kimi mina qurbanlarının sayı 3400 nəfərdən çoxdur

Ombudsman Aparatı: 1991-ci ildən bu günə kimi mina qurbanlarının sayı 3400 nəfərdən çoxdur

Ermənistan silahlı qüvvələri tərəfindən işğal dövründə, Vətən müharibəsi zamanı və torpaqların azad edilməsindən sonra ərazilərdə basdırılmış minalar günahsız insanların həyat və sağlamlığı üçün ciddi təhlükə olaraq qalmaqdadır.

Operativ Media xəbər verir ki, bununla bağlı Ombudsman Aparatı məlumat yayıb.

Bildirilib ki, statistik məlumatlara əsasən, 1991-ci ildən bu günə kimi mina qurbanlarının sayı 3400 nəfərdən çoxdur, bunların da 359-u uşaq, 38-i qadındır.

Məlumatda qeyd olunub ki, həmin rəqəmlər regionda ədalətli və dayanıqlı sülhün təmin edilməsi yolunda böyük bir maneə olan mina probleminin fundamental insan hüquqlarının kobudcasına pozulmasına səbəb olduğunu əyani şəkildə təsdiq edir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər